"Keşlə" "Neftçi"ni 2 dəqiqəyə "yıxdı"

Bu gün "Neftçi" yoldaşlıq görüşü çərçivəsində "Keşlə" ilə gücünü sınayıb.
 
Sport7.az xəbər verir ki, paytaxt dueli İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. Oyunda hesabı Tərlan Əhmədovun komandası açsa da ikinci hissədə "Keşlə" iki dəqiqə ərzində iki qol vuraraq rəqibini məğlubiyyətə uğradıb.
 
"Neftçi" - "Keşlə" 1:2 (1:0)
 
Mirabdulla Abbasov, 38 (1:0), Məqsəd İsayev, 76 (1:1), Pərdis Fərcad-Azad, 77 (1:2)
 
 
"Neftçi": Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Kirill Petrov, İlkin Qırtımov, Derlis Meza-Kolli, Emin Mahmudov, İqnasio Errera, Rəhman Hacıyev, Elnur Süleymanov, Mirabdulla Abbasov 
 
"Keşlə": Kamran Ağayev, Cabir Əmirli, Slavik Alxasov, Tərlan Quliyev, Denis Silva, Erve Tçami, Vaqif Cavadov, Nemanya Stoyanoviç, Pablo Padio, Məmməd Quliyev, Pərdis Fərcad-Azad. Məqsəd İsayev ikinci hissədə meydana daxil olub.
 
Matçın 20-ci dəqiqəsində baş hakim Ramil Diniyev Slavik Alxasovu meydandan qovub. 
 
Bu "Neftçi"nin 2018-ci ildəki ilk matçıdı. "Keşlə" isə buna qədər "Qaradağ Lkbatan"la qarşılaşıb və qələbə qazanıb 3:1 hesablı qələbə qazanıb.
 
Sport7.az

Xəbər lenti