"Keşlə" rəsmisi: "Əməliyyat olunandan bəri məşqlərə qoşulmur"

"Keşlə" növbəti matça hazrlığı davam etdirir.

Klubun mətbuat katibi Səbuhi Məmmədov bu haqda məlumat verib. Səbuhi bəy, Sport7.az-a açıqlamasında komandanın hazırkı durumuna da toxunub.

"Komanda məşqlərə çoxdan başlayıb. Hazırlıqları "ASK Arena"da davam etdirirlər. Bəzən gündə 1, bəzən 2 dəfə məşqlər olur. Ayın 3-də MOİK-lə yoxlama matçı olacaq. Hələ ki, bir oyun nəzərdə tutulub. 

Komandanın durumuna gəlincə, Fuad Bayramov zədəlidi. Əməliyyat olunandan bəri məşqlərə qoşulmur. Başqa ciddi zədəlimiz yoxdu. Arada mikrozədələr müşahidə olunur. O da müvəqqətidi. Kamran Ağayev əsas yığmaya, Sərtan Taşkın isə U-1-ə dəvət alıb. Başqa ciddi zədəlimiz yoxdu".

Sport7.az

Xəbər lenti