"Keşlə" rəsmisi: "O futbolçuların heç biri baxışa gəlməyib"

"Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç "Kukesi”də onun rəhbərliyi altında çıxış etmiş müdafiəçilər - Valen Etemi və Rustem Hocanın xidmətində maraqlı olması haqda məlumatlar yayılmışdı.

Sözügedən futbolçuların da "Qarabağ" - "Kukesi" matçından bir neçə gün əvvəl Bakıya gələcəkləri bildirilirdi. Bu üzdən məsələ maraqlanmağı qərara aldıq. 

"Keşlə"nin mətbuat katibi Səbuhi Məmmədov Sport7.az-a açıqlamasında bunları söylədi: "Bu haqda sosial şəbəkələrdə gördük. Sonra bəzi saytlar alban mətbuatına istinadən yazmışdılar. Elə söhbət yoxdu. O futbolçuların heç biri baxışa gəlməyib. Sadəcə, baş məşqçi gedib. Rauf Əliyev də orda olub, köhnə komanda yoldaşları kimi, şəkil çəkdirib paylaşıblar. Yoxsa həmin insanların "Keşlə"yə gəlməsi filan söhbəti yoxdu. Alban mətbuatı yazıb. 

Hazırda köhnə heyətlə məşq edirik. Hələ ki, başqa yenilik yoxdu. Sezar Meza-Kolli klubdan tam ayrılsa yəqin ki, onun əvəzinə futbolçu axtaracaqlar. Amma hələ tam rəsmi məlumat verilməyib Meza-Kolli ilə bağlı. Hazırda komandada deyil. Rəhbərlikdən mənə nə desələr, açıqlama verəcəm. Transfer olub-olmayacağını dəqiq bilmirəm".

Sport7.az

Xəbər lenti