"Keşlə" sonuncu yoxlama matçını keçirib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən komandamız bu gün sonuncu yoxlama matçında qüvvəsini sınayıb.

Sport7.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da start götürən matçda "Keşlə" Slovakiyanın "Zemplin" komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində yeganə qolu Aleksandr Kristovao vurub.
 
"Keşlə" ilk oyunda  Almaniyanın aşağı liqa klubu "Zvikau”ya 1:4, ikinci matçda isə Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub. 

Komanda sabah səhər saatlarında Bakıya gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR