"Keşlə" və "Simurq"un sabiq məşqçisinə ömürlük cəza

Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib. 

Sport7.az xəbər verir ki, cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si haqda heç vaxt futbolla məşğul ola bilməyəcəkləri ilə bağlı qərar çıxarılıb. Siyahıdakılardan Yerevan "Lokomotiv"inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının "İnter" (hazırkı "Keşlə") və Zaqatalanın "Simurq" komandalarında məşqçi kimi fəaliyyət göstərib. 

Yerevan "Torpedo"sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır. 

Cəzalı ukraynalılar sırasında "Lokomotiv"in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, "Araqats"ın sahibi, baş məşqçisi və 3 futbolçusu, "Masis"in 5, "Torpedo"nun 3 futbolçusu yer alıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR