"Keşlə" "Zemplin"ə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama matçını keçirəcək. 

Sport7.az xəbər verir ki, paytaxt klubu Slovakiyanın "Zemplin" klubu ilə  qarşılaşacaq. 

Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, "Keşlə" ilk oyunda  Almaniyanın aşağı liqa klubu "Zvikau”ya 1:4, ikinci matçda isə Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR