Azərbaycan klubunda kütləvi ayrılıq – Beş futbolçu getdi

Azərbaycan klubunda kütləvi ayrılıq – Beş futbolçu getdi

"Keşlə” Futbol Klubu Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələri qarşılıqlı razılıq əsasında yeniləməyib.

Sport7.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
 
Qəsəbə təmsilçisi indiyə qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırıb. Eyni zamanda Tural Axundov və Şəhriyar Əliyev isə "Keşlə”yə transfer olunublar.

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR