"Keşlə"də fransalı futbolçu

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub ilə Toqo mənşəlli Fransa vətəndaşı Eite Conatan ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Fransalı hücumçu cari mövsümün sonunadək "Keşlə"nin uğurları üçün çalışacaq.
 
Conatan 1985-ci il iyulun 7-də Fransanın Bordo şəhərində dünyaya gəlib. Onun son klubu Türkiyədə "Samsunspor” olub.
 
Ftbolçu aryerası ərzində "Yeni Malatyaspor” və "Alanyaspor”da da çıxış edib. Fransada doğulan hücumçu "Bordo”, "Brest” və "Nim”in də formasını geyinib.
 
Sport7.az

Xəbər lenti