"Keşlə"dən 4 qol, "Qarabağ"la "Neftçi" uduzdu

Birinci Divizionda 7-ci tura start verilib.
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. "Neftçi" doğma meydanda "Zaqatala"ya 1:2, "Zirə" isə səfərdə "Qaradağ Lökbatan"a 0:1 hesabı ilə uduzub. "Qarabağ"ın əvəzediciləri isə "Kəpəz"in önündə aciz qalıb - 0:1. Bu gün keçirilən qarşılaşmalarda Premyer Liqa klublarını təmsil edən komandalardan yalnız "Keşlə-2" qələbə qazanmağı bacarıb. Bakılılar "Ağsu"nu 4:0 hesablı yenilgiyə uğradıb.
 
Turun qalan 2 görüşü sabah keçiriləcək. "Turan Tovuz" "Kapital Bank Arena"da sumqayıtlıların qonağı olacaqsa, MOİK evdə "Sabah"ın əvəzediciləri ilə qarşılaşacaq.
 
"Səbail-2" isə bu tur istirahətdədi.
 
Birinci Divizion, 7-ci tur
 
"Qaradağ Lökbatan" - "Zirə-2" 1:0
 (Rövşən Şahmuradov, 81)
 
"Neftçi-2" - "Zaqatala" 1:2
(Əlibəy Məmmədli, 63 - Famil Camalov, 40-p., Ülvi Quliyev, 86)
 
"Kəpəz" - "Qarabağ-2" 1:0
(Nodar Məmmədov, 84-p.)
 
"Keşlə-2" - "Ağsu" 4:0
(Elmir Rəhimzadə, 61, 77, Xəzər Mahmudov, 62, 68)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR