"Keşlə"nin qapıçısı yığmaya dəvət aldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
 
Sport7.az xəbər verir ki, "Sabah”ın futbolçusu Rüstəm Samiqullin zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə hazırlıq prosesinə "Keşlə”dən Əkbər Vəliyev dəvət olunub.
 
Millimiz oktyabrın 6-dan 15-dək Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR