“Keşlə”nin üzvü milliyə dəvət aldı

“Keşlə”nin üzvü milliyə dəvət aldı
Litva millisinin üzvü olan "Keşlə”nin müdafiəçisi Edvinas Girdvainis yığmaya dəvət alıb. 

Sport7.az xəbər verir ki, bu barədə yerli federasiyanın saytı məlumat yayıb. 

Onun adı Litva millisinin UEFA Millətlər Liqasında Rumıniya və Serbiya ilə oyunları üçün açıqlanan heyətində yer alıb. 

Baş məşqçi Edqaras Yankauskas ümumilikdə düşərgəyə 23 futbolçu dəvət edib.

Qeyd edək ki, Litva noyabrın 17-də Rumıniya, 3 gün sonra isə Serbiya ilə qarşılaşacaq.
 
Sport7.az

Xəbər lenti