"Keşlə"yə ukraynalı futbolçu gəlir

"Yagelloniya”nın sabiq futbolçusu Dmitri Xomçenovski "Keşlə"də oynaya bilər.

Sport7.az xəbər verir ki, bu barədə "footbom.com" məlumat yayıb. 

Xəbərə görə, məlumatı Bakı təmsilçisinin baş məşqçisi Yuri Maksimov verib. 

Maksimovun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçiyə təklif göndərilib və ondan cavab gözlənilir.

Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk "Olimpik”ində başlayıb. Daha sonra o, "Krivbass”, "Zarya”, İspaniyanın "Ponferradina” və Polşanın "Yagelloniya” klublarında oynayıb. Ukrayna millisində 4 oyun keçirən futbolçu bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.
 
Sport7.az

Xəbər lenti