Kevin Anderson dizindən əməliyyat olunub (FOTO)

Kevin Anderson dizindən əməliyyat olunub (FOTO)

ATP-nin reytinq cədvəlində 18-ci sırada qərarlaşan Kevin Anderson dizindən əməliyyat keçirib.

Cənubi afrikalı tennisçi dəstəyə görə sevənlərinə minnətdarlığını bildirib:

"Gözəl mesajlarınıza görə hamınıza təşəkkür edirəm. Xüsusilə də əməliyyatdan sonra onları oxumaq xoş oldu. Komandam, həkimlər və mən dizimin vəziyyətini yaxşılaşdırmaq üçün əməliyyatın ən uyğun variant olduğuna dair qərar qəbul etdik. Hər şey qaydasında getdi. Səbirsizliklə reabilitasiya prosesinin başlamasını və kortlara qayıtmağımı gözləyirəm".

Qeyd edək ki, yaxın günlərdə Anderson mövsümü bağladığını açıqlamışdı.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR