Kevin de Bröyne:

Kevin de Bröyne: "Çempionlar Liqasını qazana bilməsək, yenə bizi "uğursuz" adlandıracaqlar"

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne "Real"la oynayacaqları matç haqda danışıb.

Belçikalı futbolçu "Santyaqo Bernabeu"da qələbə qazanmaq üçün meydana çıxacaqlarını bildirib:

"Əlbəttə, "Real" favoritdi. Onlar Çempionlar Liqasına daha böyük təcrübəyə sahibdilər. Amma biz həmişəki kimi öz futbolumuzu oynamağa, hücum etməyə, rəqibi təzyiq altında saxlamağa və mümkün olsa, qələbə qazanmağa çalışacağıq.

Çempionlar Liqasını qazana bilməsək, son 5 ildə olduğu kimi, yenə hamı bizi "uğursuz" adlandıracaq. Bu turnirdə heç vaxt qalib olmamışıq. İştirak etdiyimiz yarışların hamısında çempion olmağa çalışırıq. Sadəcə, bəzən rəqib komanda bizdən daha yaxşı oynayır. Bu mənada cari mövsümdəki "Liverpul"u nümunə çəkə bilərik.

"Real"la oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Amma futbolda gələcəyi təxmin etmək və nə baş verəcəyini əvvəlcədən dəqiqləşdirmək mümkün deyil".

"Real" - "Mançester Siti" matçı fevralın 26-da keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR