Kevin Dyurent əməliyyat olunub

Kevin Dyurent əməliyyat olunub

"Qolden Steyt"in forvardı Kevin Dyurent axilles vətərindən əməliyyat olunub.
 
Basketbolçu bu barədə instaqram hesabında paylaşım edib:

"Hamınızı son baş verənlərlə bağlı məlumatlandırmaq istəyərdim. Axilles vətərimdə yırtıq var idi. Artıq əməliyyatdan çıxmışam və hər şey yaxşıdı.

Mənim qayıdışım bu gündən etibarən başlayır. Ailəm və sevdiklərim yanımdadı. Bütün mesajlarınıza və dəstəyinizə görə minnətdarıq.

Bazar ertəsi dediyim kimi, narahat olsam da, hər şey qaydasındadı. Basketbol mənim ən böyük sevgimdi və həmin gecə meydanda olmaq istəyirdim. Çünki mən buyam. Tripitə (ardıcıl üç çempionluq) gedən yolda komanda yoldaşlarıma kömək etmək niyyətində idim.

Sadəcə, oyunda hadisələr başqa cür cərəyan etdi. Fiziki olaraq hər şeyimi ortaya qoyduğum üçün fəxr edirəm. Həmçinin seriyanın 5-ci matçında qələbə qazanan qardaşlarımla da qürur duyuram. Yol uzundu, ancaq mən bunun üçün yaradılmışam. Mən basketbolçuyam.

Qardaşlarımın 6-cı oyunda da qələbə qazanmaq gücündə olduqlarını bilirəm. Mən isə azarkeşlərlə birlikdə onlara dəstək olacam".

Qeyd edək ki, Dyurent "Toronto" ilə oynanılan final seriyasının 5-ci matçında axilles vətərindən zədə almışdı. KD baldırındakı zədə səbəbindən digər 4 görüşdə komandasına kömək edə bilməmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR