Kevin Dyurent növbəti mövsümü

Kevin Dyurent növbəti mövsümü "Qolden Steyt"də keçirmək niyyətindədi

"Qolden Steyt"in forvardı Kevin Dyurentin müqaviləsindəki bənddən istifadə edərək daha bir mövsüm komandada qalacağı bildirilir.

Bu barədə ESPN məlumat yayıb. Belə olan halda, 30 yaşlı basketbolçu 2019-20 mövsümü üçün 31,5 milyon dollar məvacib alacaq.

Dyurent "Toronto" ilə oynanılan final seriyasının beşinci matçında axilles vətərindən zədələnərək meydanı tərk etmişdi. MRT-dən sonra diaqnoz təsdiqini taparsa, onun 7-10 ay arası basketboldan uzaq qalacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR