Kevin Dyurent zədəsini belə sağaldır (FOTO)

Kevin Dyurent zədəsini belə sağaldır (FOTO)

"Bruklin"in forvardı Kevin Dyurentin bərpa prosesi davam edir.

Dyurent "Instagram" hesabında bərpa prosesini əks etdirən fotolar paylaşıb.

30 yaşlı basketbolçu NBA final seriyasının gedişində axilles vətərindən zədə almışdı. Onun növbəti mövsümün tamamını qaçıracağı gözlənilir.

Qeyd edək ki, Dyurent azad agent bazarı açıldıqdan bir neçə dəqiqə sonra karyerasını "Bruklin"də davam etdirəcəyini açıqlamışdı. Ulduz oyunçu "Nets"lə toplam 164 milyon dollar dəyərində olan 4 illik müqaviləni razılaşdırıb.
 





Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR