Kasilyas karyerasını bitirəcəyi tarixi açıqladı

Kasilyas karyerasını bitirəcəyi tarixi açıqladı
"Real"da məşhurlaşan daha sonra Portuqaliya çempionatına, "Portu"ya üz tutan İker Kasilyas karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
 
Sport7.az xəbər verir ki, 37 yaşlı əlcək sahibi "Karyeramda sadəcə 2 klub olması gözəl bir durum. Karyeramın əsas hissəsini tarixin ən böyük klubu olan "Real"da keçirdim. Müqaviləm sona çatdığında, karyeramı "Portu"da bitirəcəm" sözlərini işlədib.
 
İspan qapıçının "Portu" ilə müqaviləsi 2019-cu ilin yayında bitəcək.
 
Sport7.az

Xəbər lenti