Kidzerskadan gümüş, Orucovdan bürünc

Kidzerskadan gümüş, Orucovdan bürünc

Təmsilçimiz İrina Kindzerska "World Masters”də gümüş medal qazanıb.
 
Sport7.az xəbər verir ki, Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.
 
Bu millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb.
 
Yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR