Kikboksçularımızdan 9 medal

Kikboksçularımızdan 9 medal

Gənclər və yeniyetmələr arasında kikboksun WAKO versiyası üzrə keçirilən Avropa çempionatında 4 idmançımız qızıl medal qazanıb.
 
Sport7.az xəbər verir ki, komandanın kapitanı Məhəmməd İmanov, Qəşəm Məmmədov, Əkbər Əsədov və Elnur Mustafayev finalda rəqiblərini məğlub edərək qızıl medal və kubokun sahibi olub.  

Ümumiyyətlə Avropa çempionatına 40 idmançı ilə qatılan millimizin aktivində hazırda 4 qızıl, 1 gümüş və 4 bürünc medal var.

Qızıl medal: Məhəmməd İmanov, Qəşəm Məmmədov, Əkbər Əsədov, Elnur Mustafayev 
Gümüş medal: Nihat Tagızadə, 
Bürünc medal: Elcan Alıkişiyev, Alışov Rüstəm, Dadaşov Xəyal, Əliyev Əlihüseyn

Qızlar arasında baş tutan yarışda K-1 versiyası üzrə Turan Mühəndis bürünc medalı komandamızın aktivinə yazdırıb. 
 
Həmin kikboksçular 23 qat dünya çempionu (IKBO, WAKO, World Profi və IAKSA), 7 qat Avropa çempionu (WAKO, World Profi and IAKSA) Eduard Məmmədovun tələbələridi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR