Noyabrın 23-də Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən dünya çempionatı keçirilib.
Sport7.az xəbər verir ki, yarışda AKF nın prezidenti, millət vəkili Adil Əliyev və AKF nın vitse-prezidenti Güloğlan Cabbarov iştirak ediblər.
Baş məşqçi Elşən Abdulrəhimov, məşqçi Fuad Zeynalov, komanda rəisi Məhəmməd Babayev,baş hakim Elnur Alıyev, Aydın Ağabəyov və İlham Təhməzov iştirak etdilər.
İdmançılarımız sözügedən yarışda aşağıdakı nəticələri qazanıb.
Camal Məmmədov - gümüş medal
Qəşəm Məmmədov - bürünc medal
Ruslan Musayev - bürünc medal
Veteranlar
Eduard Məmmədov - qızıl medal
Həsən Hüseynov - bürünc medal
Bu yarışmada Eduard Məmmədov bir il ərzində ikinci dəfə dünya çempionu oldu.
Sport7.az