Çempionlar Liqası: “Barselona” “Napoli”yə şans vermədi,

Çempionlar Liqası: “Barselona” “Napoli”yə şans vermədi, "Çelsi" dayandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sport7.az xəbər verir ki, bu qarşılaşmalardan sonra qitənin ən nüfuzlu klub turnirinin qalib olmağa iddialı son 8 komandanın adı məlum olub.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

8 avqust

23:00. "Bavariya” (Almaniya) – "Çelsi” (İngiltərə) – 4:1
Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. "Alyans Arena”
İlk oyun – 3:0
 
23:00. "Barselona” (İspaniya) – "Napoli” (İtaliya) – 3:1
Qollar:  Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Barselona. "Nou Kamp” stadionu
İlk oyun – 1:1

Beləliklə, 1/4 finalda qarşılaşacaqlar:
 
12 avqust: "Atalanta" (İtaliya) - PSJ (Fransa)
13 avqust: "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)
14 avqust: "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
15 avqust: "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
 
Oyunlar "8-lər finalı" formatında Portuqaliyada keçiriləcək.

Xatırladaq ki, iki gün əvvəl bu mərhələnin iki oyunu keçirilib. "Mançester Siti" İspaniyada olduğu kimi, İngiltərədə də "Real”ı 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayıb. "Yuventus" isə İtaliyada Fransa "Lion"unu eyni hesabla yensə də, ilk matçda rəqibinin 1:0 hesablı ev qələbəsi səbəbindən mübarizəni dayandırıb. "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala daha əvvəl vəsiqə qazanıblar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR