Kintananın məşqlərə başlayacağı vaxt müəyyənləşdi - RƏSMİ

Kintananın məşqlərə başlayacağı vaxt müəyyənləşdi - RƏSMİ
Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın ispan legioneri Dani Kintana dünən "Neftçi”yə ilə matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
 
Sport7.az xəbər verir ki, onun durumuna aydınlıq gəlib. Klubdan verilən məlumata görə, yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.
 
Sport7.az

Xəbər lenti