Kişilərin qadın baş məşqçisi tarix yazır - Fransada

Kişilərin qadın baş məşqçisi tarix yazır - Fransada

Korinne Diakre tarix yazır. Sport7.az xəbər verir ki, söhbət Avropanın peşəkar liqalarında baş məşqçi kimi fəaliyət göstərən ilk və yeganə qadın çalışdırıcıdan gedir.

Fransanın 2-ci Liqasında çıxış edən "Klermont"u çalışdıran Diakre adından söz etdirməyə başlayıb. Maraqlıdı ki, onun rəhbərliyi ilə komandası qış fasiləsinə 3-cü pillədə yollanlb. Fransa millisinin sabiq kapitanını uğurlu çıxış etməsi klub rəhbərliyinin də ürəyincədi. Belə ki, hazırkı baş məşqçi ilə müqavilənin müddəti 2018- ci ilə qədər uzadılıb. 

Diakrenin tək aruzu isə komandanı yüksək liqaya daşımaqdı: "Nəyə görə peşəkar olaraq baş məşqçi kimi fəaliyyət göstərən tək qadının mən olduğunu bilmirəm. Mənim xəyalım "Klermont"u 1-ci Liqaya çıxarmaqdı. Bunu deməkdən də çəkinmirəm".

Qeyd edək ki, Diakre 2015-ci ildə 2-ci Liqada "France Football" tərəfindən ilin məşqçisi seçilmişdi. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR