Kiyevdə Azərbaycanı 11 gimnast təmsil edəcək

Kiyevdə Azərbaycanı 11 gimnast təmsil edəcək

Noyabrın 26-29-da Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu haqda "Avropa Gimnastikası”nın saytı məlumat yayıb. Çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova mübarizə aparacaqlar.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcəklər.

Bədii gimnastika üzrə Avropa çempionatında böyüklər arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR