"Klippers" "Leykers"dən daha yaxşı komandadı" - Pippen

Şöhrətlər Zalının üzvü, hazırda ESPN-də ekspert kimi çalışan Skotti Pippen növbəti mövsüm NBA-da çempionluq uğrunda mübarizə aparacağı gözlənilən "Leykers" və "Klippers"in şanslarını dəyərləndirib:

"Məncə, "Klippers" "Leykers"dən daha yaxşı komandadı. Bu, onların ötənilki vəziyyətləri ilə də əlaqədardı. 2018-19 mövsümündə "Klippers" "Leykers" üzərində hökmranlıq edirdi. Oyunçular bunun fərqindədi. İndi isə onlar son NBA finalının "ən dəyərli oyunçusu" (MVP) olan Kavay Lenardı və müdafiə baxımından liqanın ən yaxşılarından olan Pol Corcu heyətlərinnə qatıblar. "Leykers"ə gəlincə, çempionatda 17-ci mövsümünü keçirən birinin (Lebron Ceyms - red.) komandanı lazımi qədər arxasıyca daşıyacağına inanmıram".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR