“Köln”ün keçisini stadiona buraxmadılar – Ənənə pozuldu

“Köln”ün keçisini stadiona buraxmadılar – Ənənə pozuldu

Almaniyanın Köln şəhərini təmsil edən eyniadlı komandanın ənənəsi pozulub.

Sport7.az xəbər verir ki, bu gün bərpa olunan Bundesliqanın oyunları zamanı bir çox qadağalar tətbiq olunacaq. Həmin qadağalardan biri də stadionlara heyvanların girişinə icazə verilməməsidi.

Bu səbəbdən "Köln”ün maskotu sayılan IX Hennes adlı keçi ev oyunları zamanı meydanda görünməyəcək. Sonuncu dəfə belə bir hadisə 11 il əvvəl yaşanıb. Həmin vaxt VII Hennes xəstələndiyinə görə "Köln”ün iki ev oyununu buraxmalı olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR