Klopp etiraz etdi:

Klopp etiraz etdi: "Heykəlimin qoyulmasını istəmirəm"

"Liverpul" əfsanəsi Stiven Cerrard açıqlamalarından birində "Enfild"in önündə Yürqen Kloppun heykəlinin qoyulmalı olduğunu demişdi.

Ancaq Klopp bildirib ki, onu bütləşdirmək lazım deyil.

Sport7.az xəbər verir ki, Alman mütəxəssis mətbuata açıqlamasında qeyd edib ki, "Mənim üçün heykəl qoyulmasını istəmirəm. Klubdakı motivasiyam buna bağlı deyil. Düzü, heykəllər məni maraqandırmır. Bu komandanın baş məşqçisiyəm və biz çempionluğu qazanmışıq. Amma bu o demək deyil ki, məni bütləşdirmək lazımdır. Ümumiyyətlə, mənim bütləşdirilmiş şəxsiyyətlərlə müqayisə edilməyimi doğru saymıram. Dörd il yarımdır ki, buradayam. Çalışıram ki, öz işimi görüm. Şəhəri sevirəm. Mənə heykəl qoyulması mümkün və lazım da deyil”.

Qeyd edək ki, "Liverpul" 30 il sonra İngiltərə çempionluğunu bayram edir. Uğurun əsas memarı qismində baş məşqçi Yürqen Klopp göstərilir.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR