Klopp

Klopp "Liverpul"dan gedir

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandadan ayrıla bilər.

Sport7.az xəbər verir ki, alman mütəxəssis "qırmızılar”la yollarını ayırmağa qərar verib. Bu barədə qərarının qəti olduğu bildirilən mütəxəssis, Mersisayd klubundakı karyerasının başa çatdığını düşünür.

Məlumata görə, Liverpool Kloppdan sonra baş məşqçi postuna iki namizəd də müəyyənləşdirib. Bunlar son olaraq "Tottenhem"də çalışan Maurisio Poçettino və "Lids"in baş məşqçisi Marselo Byelsadır.

2015-ci ildən "Liverpul"u çalışdıran Klopp komandayla Premyer Liqa və Çempionlar Liqası çempionluğunu qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR