Klopp:

Klopp: "VAR heç vaxt 100% dəqiq olmayacaq"

"Liverpul"un baş məşqçisi Yürqen Klopp VAR sisteminin fəaliyyəti ilə bağlı danışıb:

"VAR daha da yaxşı işləyə bilər. Sistem heç vaxt 100% dəqiq olmayacaq. Bunu hamı yaxşı bilir.

Bəzi məsələlərlə bağlı səhvlərə yol verilir. Xüsusilə də ofsaydın müəyyənləşdirilməsi və əllə oyunla bağlı məsələlərdə VAR təkmilləşməlidi. UEFA-nın bununla bağlı maraqlı təklifləri var. Hər kəs VAR-ı inkişaf etdirmək üçün çalışır.

Təbii ki, səhvlər yenə də olacaq. Bu iş insanların öhdəliyindədi, insanlar isə ideal deyil. Heç kim mükəmməllik axtarışında deyil, sadəcə, düzgün həll yollarını tapmağa çalışırıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR