Klub prezidenti baş məşqçini qovub, onun yerinə keçdi

Klub prezidenti baş məşqçini qovub, onun yerinə keçdi

İngiltərənin I divizion təmsilçisi "Svindon"un prezidenti maraqlı addım atıb. Sport7.az xəbər verir ki, klub rəhbəri Lee Pover baş məşqçi Mark Kooperi qovduqdan sonra özü onun yerinə keçib.

Buna isə klubun uğursuz çıxış etməsi səbəb olub. Belə ki, geridə qalan turlar ərzində Kopperin başçılığı ilə komanda 12 xal toplayıb. Bu nəticə də komandanı aşağı liqaya yuvarlanma təhlükəsi ilə üz-üzə qoyub.

Qeyd edək ki, klub prezidentinin özü də vaxtı ilə futbolçu olub. Ancaq 28 yaşında zədələnən Pover futbolla vaxtından əvvəl vidalaşmalı olub.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR