Klub prezidentinin avtomobili partladıldı

Klub prezidentinin avtomobili partladıldı

Braziliyada gözlənilməz hadisə yaşanıb.

Sport7.Az xəbər verir ki, ölkə çempionatında keçirilən "San Paulu" - "Palmeyras" qarşılaşmasından sonra, bir qrup naməlum şəxslər "Palmeyras" klubunun avtobusuna hücum edib. Bununla kifayətlənməyən şəxslər avtobusun arxasınca hərəkət edən "Palmeyras" klubunun prezidentinin avtomobilinə bomba ataraq, maşını partladıb. Xoşbəxtlikdən klub prezidenti həmin vaxt avtobusun içərisində komanda ilə birgə olub. Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, məhz belə hallara görə, FİFA DÇ-2014-ün Braziliyada keçirilməsi müdətində "tikan üstündə oturmuşdu."

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR