Klub sabiq futbolçusunun genlərini satışa çıxardı - FOTOLAR

Klub sabiq futbolçusunun genlərini satışa çıxardı - FOTOLAR

İsveçin AİK klubu əfsanəvi kapitanı Nils-Erik Yohansson üçün unudulmaz bir hərəkətə imza atıb.
 
Sport7.az xəbər verir ki, fevral ayında ürək problemləri ilə əlaqədar 371 dəfə formasını geydiyi klubundakı karyerasına nöqtə qoyan Yohanssonun DNT-si, AİK tərəfindən yeni il hədiyyəsi olaraq satışa çıxarılıb. 
 
Sabiq kapitanının şərəfinə hazırladığı və sadəcə 371 ədəd istehsal etdiyi genlər, kristal şəklində özəl qutuda, həm 38 yaşlı futbolçunun, həm də İsveçrədəki laboratoriyasında bu işi görən professor Robert Qrass tərəfindən imzalanan sertifikat, bununla yanaşı Yohanssonun kapitanlıq bazubəndi ilə birlikdə klubun rəsmi saytı vasitəsilə satışa çıxarılıb. 
 
DNT (Dezoksiribonuklein turşusu) insan hüceyrəsində yerləşən bir növ məlumat bazasıdı. DNT-də 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsanın öz DNT-sindəki məlumatı oxumağa ömrü çatmaz. Fasiləsiz hər saniyədə bir DNT şifrəsi oxunsa bu proses 100 il davam edər. Çünki aparılan hesablamalara görə bu böyük ensiklopediya təxminən 3 milyard müxtəlif şifrə ehtiva edir. Əgər DNT-dəki məlumatlar kağız üzərinə köçürülsə uzunluğu Şimal qütbündən ekvatora qədər çatar. Bu, təxminən 1000 qalın kitaba bərabərdi. Bu ucsuz-bucaqsız məlumat bazası hər bir hüceyrənin nüvəsində yerləşir. Təxminən 100 trilyon hüceyrədən ibarət insan vücudunda bu kitabxananın 100 trilyon surəti var. 
 
500 il saxlana bilmək qabiliyyətinə malik olan bu DNT-nin satış qiyməti isə təxminən 415 avrodu.  
 
Sabiq futbolçu açıqlamasında "Texniki cəhətdən surətimin çıxarılması mümkündü. Bəlkə 500 il ərzində bir çox Yohansson ətrafımızda qaçacaq. Mənim surətimi çıxarsaz, əlbəttə solaxay biri olacaq" sözlərini söyləyib.
 



 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR