Klublararası dünya çempionatının qalibi müəyyənləşdi

Klublararası dünya çempionatının qalibi müəyyənləşdi

Qadın voleybolçuların Klublararası dünya çempionatına yekun vurulub.

Finalda "İmoko Volley" və "Əczacıbaşı" üz-üzə gəlib. İtaliya təmsilçisi ilk setdə məğlub olmasına baxmayaraq, geridönüş edərək 3:1 hesabı ilə qələbə qazanıb. Bu, "İmoko Volley"in tarixi ərzində qazandığı ilk dünya çempionluğudu.

Üçüncü yer uğrunda oynanılan matçda isə "Vakıfbank" "Novara"ya set verməyib.


Klublararası Dünya çempionatı

Final

"İmoko Volley" (İtaliya)  - "Əczacıbaşı" (Türkiyə) - 3:1 (22:25, 25:14, 25:19, 25:21)

Üçüncü yer uğrunda oyun

"Vakıfbank" (Türkiyə) - "Novara" (İtaliya) - 3:0 (26:24, 25:23, 25:21)


Qeyd edək ki, İtaliya klublarından biri sonuncu dəfə 1992-ci ildə Klublararası dünya çempionatının qalibi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR