Klublarımız kiminlə güclənir? - YENİLƏNİR

Klublarımız kiminlə güclənir? - YENİLƏNİR
Azərbaycan premyer-liqasında 2016/17 mövsümünə yekun vuruldu. 

 

Artıq hansı klublarımızn avrokuboklarda iştirak edəcəyinə, hansılarının yeni mövsümə hazırlaşacağına aydınlıq gəlib. Belə ki, cari mövsümü çempion kimi başa vuran "Qarabağ" Çempionlar Liqasında, "Qəbələ", "İnter" və "Zirə" Avroliqada Azərbaycanı təmsil edəcək. Yeni mövsümdən premyer-liqada oynamaq hüququ qazanan yeganə birinci divizion komandası isə "Səbail" oldu. Güclülər dəstəsinə qoşulan paytaxt klubu AZAL-ı əvəz etdi. "Təyyarəçilər" isə növbəti mövsümdən "Şüvəlan" adı ilə birinci dəstədə çıxış edəcək. Hazırda bütün komandalar istirahətdə olmalarına baxmayaraq transfer çalışmaları davam edir. Yalnız "İnter"ə UEFA tərəfindən qadağa qoyulduğundan klub ən azı yanvar ayına, yəni qış transfer pəncərəsi açılana qədər heç bir futbolçu ala bilməyəcək. Qalan bütün klublardan isə, kimisi yeni transferlər həyata keçirir, kimisi müqavilənin müddətini uzadır, kimisi hələ də gözləyir. 

 

Sport7.az bu mənada bütün yeniliklərlə sizi tanış edəcək. Yeni mövsümün startına qədər klubların transferləri, müqavilə müddətini artıranlar, eləcə də komandalarını tərk edən futbolçularla bağlı müntəzəm məlumat verəcəyik. Odu ki, bizi izləyin... 


 

"Qarabağ”
Gələnlər: Abbas Hüseynov ("İnter”), Anton Kanibolotski  (Şaxtyor, Ukrayna), Yakup Jezniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə)
Gedənlər: İlyas Səfərzadə ("Kəpəz”), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), İlqar Qurbanov ("Qəbələ"), Vüqar Nadirov ("Səbail"), Boyan Şaranov, Muarem Muarem
Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli, Miçel
 
"Qəbələ”
Gələnlər: Yusif Nəbiyev ("Sumqayıt”: icarədən qayıdıb), Elvin Məmmədov ("Zirə"), İlqar Qurbanov ("Qarabağ"), Aqil Məmmədov (AZAL), Xavi Ernandes Qonzales ("Qurnik Lençna", Polşa), Stiven Jozef-Monroz ("Brest”, Fransa), Dion Malone ("Den Haaq", Hollandiya), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarəyə), Famusse Kone ("Göztəpə": icarəyə), Deyv Bultuis ("Nürnberq", Almaniya)
Gedənlər: Teo Uiks ("Ermis”: icarə müddəti başa çatıb), Rəşad Eyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Rəşad Sadiqov ("Zirə"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Sergey Zenyov ("Krakoviya", Polşa), Yusif Nəbiyev ("Zirə": icarəyə), Daniel Subotiç, Rafael Santos, Murad Musayev, David Petrzkeviç, Rikardinyo, Ramin Həsənov ("Sumqayıt")
Müqavilə müddətini artıranlar:  Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov, Rasim Ramaldanov
  
"İnter”
Gələnlər: yoxdu
Gedənlər:Abbas Hüseynov ("Qarabağ”), Səlahət Ağayev ("Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib)
Müqavilə müddətini artıranlar:  Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı
 
"Zirə”
Gələnlər:  Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ"), Rəşad Sadiqov ("Qəbələ"), David Manqa ("Hapoel", Aşkelon, İsrail), Kervens Belfort ("Surinska", İsveç), Jozef Bum ("Qaziantep BB", Türkiyə), Qabriel Matey ("Qurnik", Polşa), Yusif Nəbiyev ("Qəbələ", icarə)
Gedənlər: Migel Lorenzo ("Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov ("Qəbələ"), Cavid Tağıyev ("Sumqayıt"), Amadu Ben Sanqar, Akim Latifu, Rəşad Sadiqov
Müqavilə müddətini artıranlar:  Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç, Riçard Qadze
 
"Kəpəz”
Gələnlər: İlyas Səfərzadə ("Qarabağ”), Kamran Abdullazadə ("Sumqayıt”), İlkin Sadıqov ("Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz"), Ruzi Qiyaslı ("Neftçi"), Aydın Qasımov (MOİK), Sergey Çernışev ("Sumaqyıt"), Oseqheyl Laki Victor, Dialo Samba, Ferreyra Das Çaqas Dedimar
Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi "Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Zirə"), Renan Silva ("Voyvodina", Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta
Müqavilə müddətini artıranlar:  Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev
 
"Sumqayıt”
Gələnlər:  Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi "Kəpəz”), Cavid İmamverdiyev ("Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə"), Ramin Həsənov ("Qəbələ")
Gedənlər: Mirabdulla Abbasov ("Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev ("Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov, Sergey Çernışev ("Kəpəz")
Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 
"Neftçi”
Gələnlər: : Səlahət Ağayev ("İnter”), Mirabdulla Abbasov ("Sumqayıt”: icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov ("Qəbələ"), Rəşad Əzizli ("Səbail"), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya), Mateo Mujekdən ("Rudar", Sloveniya), Derlis David Meza-Kolli ("Serro Porteno", Paraqvay)
Gedənlər: Cavid İmamverdiyev ("Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Səbail"), Ruzi Qiyaslı ("Kəpəz"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Səbail": icarəyə), Zdenek Folprext ("Slovan", Çexiya: icarə müddəti başa çatıb), Jairo Rodriges, Maksim Vaylo, Boban Baykoviç, Elvin Bədəlov ("Qarabağ Vyana", Avstriya), Georgi Navalovski (SKA-Xabarovsk)
Müqavilə müddətini artıranlar:  Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov
 
"Səbail"
Gələnlər: Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Neftçi"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi": icarəyə), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu ("Turan Tovuz"), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov, Emil Balayev (hər ikisi "Qarabağ"), Nurlan Novruzov ("Bakı"), Elman Taqayev ("Altın Asır", Türkmənistan), Maudo Lamine Jarjueni ("Gil-Visente", Portuqaliya)
Gedənlər:Elman Sultanov (baş məşqçi), Rəşad Əzizli ("Neftçi")
Müqavilə müddətini artıranlar: yoxdu

 

Sport7.az

Xəbər lenti