Klublarımızın avrokubok oyunlarını hansı kanal yayımlayacaq? - TV Afişa

Klublarımızın avrokubok oyunlarını hansı kanal yayımlayacaq? - TV Afişa

Gələn həftədən etibarən Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayır.

Sport7.az xəbər verir ki, Avropa Liqasının oyunlarının eyni gündə və eyni saatda keçirilməsi "CBC Sport”u da seçim qarşısında qoyub. Belədə Avroliqadakı oyunlar yerli telekanallar arasında bölüşdürülüb.

Əldə etdiyimiz məlumata görə, "CBC Sport” daha çox maraq doğuran "Qarabağ”ın Çempionlar Liqasındakı oyununu və "Neftçi”nin "Şkupi” ilə qarşılaşmasını ekranlara daşıyacaq.

Digər iki görüşü isə "İctimai” TV və "İdman” TV vasitəsiylə izləmək mümkün olacaq.

Beləliklə, mənzərənin aşağıdakı kimi olacağı gözlənilir:

18 avqust, saat 20:00. "Qarabağ" - "Sileks" (CBC Sport)
27 avqust, saat 20:00. "Neftçi” – "Şkupi” (CBC Sport)
27 avqust, saat 20:00. "Sumqayıt” – "Şkendiya” (İdman TV)
27 avqust, saat 21:00. "Keşlə” – "Laçi” (İctimai TV)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR