Premyer Liqada qış fasiləsinə start verilib. Hələ transfer pəncərəsi rəsmi şəkildə açıq elan olunmamışdan əvvəl artıq bir sıra klublar heyətlə bağlı islahatlara, dəyişikliklərə başlayıb.
Sport7.az olaraq bu müddətdə həyata keçirilən transferlərlə bağlı bütün məlumatları oxucularımızla bölüşməyə çalışacağıq.
"Neftçi"
Gələnlər: Orxan Qurbanlı ("Səbail", icarədən qayıdıb), Eduardo Karo (fiziki hazırlıq üzrə məşqçi)
Gedənlər: Prins İbarra ("Beerşot”, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt", icarə)
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Qarabağ"
Gələnlər: Yoxdur
Gedənlər: Musa Qurbanlı ("Zirə", icarə)
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Zirə"
Gələnlər: Musa Qurbanlı ("Qarabağ", icarə), Vaqif Paşayev, Hacı Əhmədov (Hər ikisi məşqçi)
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Sumqayıt"
Gələnlər: Cabir Əmirli ("Neftçi", icarə), Mehdi Şərifi, Höccət Haqverdi, Dmitri Nağıyev ("Dinamo-Avto", Moldova)
Gedənlər: Kərəm Sultanov
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Qəbələ"
Gələnlər: Yoxdur
Gedənlər: Yoxdur
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Səbail"
Gələnlər: Şamil Cəfərov
Gedənlər: Murad Qayalı, Əli Sadıxov, Arsen Ağcabəyov ("Sabah", icarə müddəti bitib), Orxan Qurbanlı ("Neftçi", icarə müddəti bitib), Bəxtiyar Rəhmani, Elgün Nəbiyev
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Keşlə"
Gələnlər: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtredia", Gürcüstan), Sadio Tounkara
Gedənlər: Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots
Müqavilə müddəti artırılanlar: Yoxdur
"Sabah"
Gələnlər: Bəxtiyar Həsənalızadə, Arsen Ağcabəyov ("Səbail" icarədən qayıdıb), Tiemoko Fofana ("İlves", Finlandiya, icarə)
Gedənlər: Yevgeni Koçuk, Abbas Ağazadə, Ozan Can Kökçü ("Telstar", Niderland, icarə), Ulisse Diallo
Müqavilə müddəti artırılanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov
Sport7.az