Klyuvert "Roma"da - RƏSMİ - FOTO

Klyuvert
Hollandiyanın gənc istedadı Castin Klyuvert "Roma"ya transfer olunub.
 
Sport7.az xəbər verir ki, italyan klubu bu transferi rəsmi səhifəsi vasitəsilə ictimaiyyətə açıqlayıb. Klub transfer qiymətini açıqlamasa da italiyanın məşhur nəşri "Qazeta dello Sport" Klyuvertə görə onun yetişdiyi "Ayaks"a 20 milyon avro ödəniləcəyini yazıb. Bununla yanaşı anlaşmaya əsasən, gənc futbolçu gələcəkdə başqa klublara satılacağı təqdirdə, bundan "Ayaks"a da pay düşəcək. 
 
Ötən gün Hollandiyadan İtaliya paytaxtına gələn Klyuvertin tibbi müayinədən sonra "Roma" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. 
 
Hollandiya futbolunun əfsanələrindən Patrik Klyuvertin oğlu olan Castin ötən mövsüm "Ayaks"da meydana çıxdığı 30 oyunda 10 qola, 5 məhsuldar ötürməyə imza atıb.
 
 

Sport7.az 

Xəbər lenti