Kobi, Dankan və Qarnett NBA

Kobi, Dankan və Qarnett NBA "Şöhrətlər zalı"nın bir addımlığında

Kobi Brayant, Tim Dankan və Kevin Qarnettin adları 2020-ci ildə basketbolun "Şöhrətlər zalı"na daxil edilə bilər. Onlar finalçılar sırasında yer alıblar.

Siyahıda qadın basketbolçu Tamika Ketçinqslə yanaşı, 4 məşqçinin adı var: Rudi Tomlyanoviç, Kim Malki, Barbara Stivens və Eddi Satton.

"Şöhrətlər zalı"nın yeni üzvlərinin adları aprel ayında, NCAA-nın "Dördlər finalı"nın gedişində açıqlanacaq.

Qeyd edək ki, Kobi Brayant 26 yanvarda baş vermiş helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR