Kobinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların adları müəyyənləşdi

Kobinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların adları müəyyənləşdi

Kobi Brayantın şəxsi helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişənlərin adları məlum olub.

Heavy.com-un xəbərinə görə, vertolyotun göyərtəsində "Leykers"in əfsanəsi Kobi Brayant, qızı Canna Brayant, onun komanda yoldaşı Alissa Altobelli, Alissanın valideynləri Con Altobelli və Keri Altobelli, basketbol komandasının məşqçisi Kristina Mauzer, Sara Çester, Saranın qızı Peyton Çester və vertolyotun pilotu Ara Zobayan olub.

Helikopter yanvarın 26-da səhər saat 10 radələrində dumanlı havada nəzarəti itirərək Kaliforniya ştatının Kalabasas şəhəri yaxınlağındakı təpəyə çırpılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR