Koçuk İtaliyaya gedə bilir, “Molde” Bakıya gələ bilmir?!

Koçuk İtaliyaya gedə bilir, “Molde” Bakıya gələ bilmir?!

UEFA Millətlər Liqasının ilk turunda Kosovo seçməsi ilə qarşılaşacaq Moldova millisinin üzvləri oyunun keçiriləcəyi İtaliyanın Parma şəhərində koronavirus testindən keçiblər.

Sport7.az xəbər verir ki, analiz götürülən futbolçular arasında "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk da olub. Testlərin nəticəsi hamıda mənfi çıxıb.
Moldova Kosovonun müstəqilliyini tanımadığından sentyabrın 3-dəki oyun neytral meydanda baş tutacaq.

Qəribədi ki, Moldova millisinin üzvü Azərbaycandan ölkəsinə, ordan da İtaliyaya gedə bilir. Amma Norveç çempionu "Molde” "Qarabağ”la oynamaq üçün Bakıya gəlmək istəmir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR