Kokorinə azadlıq - FOTO

Kokorinə azadlıq - FOTO
Xəbər verdiyimiz kimi, "Zenit”in üzvü Aleksandr Kokorin və "Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində  sərxoş vəziyyətdə xuliqanlıq edib iki məmuru və məşhur teleaparıcının sürücüsünü döyüblər. Məhkəmənin qərarı ilə Kokorin və Mamayev barəsində dekabrın 8-dək təqribən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sport7.az xəbər verir ki, həbsdə olan Kokorini dəstəkləyib azadlığa çıxmasını istəyən gizli tərəfdar peydə olub. 

Belə ki, Moskvanın "Altufyevo" metrosunda divarlara kimliyi bilinməyən şəxs tərəfindən "Azadlıq - cənnətdir. #Free Kokorin" yazılıb. 
 
Fotonu "Championat.com"un əməkdaşı Dmitriy Yeqorov çəkib. 
 

 
Sport7.az

Xəbər lenti