Komadan ayılan futbolçunun ailəsi klubdan təzminat istəyir

Komadan ayılan futbolçunun ailəsi klubdan təzminat istəyir

Hollandiya "Ayaks”ının  2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nurinin ailəsi klubdan təzminat tələb edir.
 
Sport7.az xəbər verir ki, Amsterdam təmsilçisi 23 yaşlı yarımmüdafiəçinin ailəsinə 5 milyon avro təzminat təklif etsə də, onlar bu məbləği qəbul etməyib və daha çox istədiklərini klubun rəsmilərinə bildirib.

Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin yayında Almaniya "Verder”i ilə yoldaşlıq görüşündə huşunu itirib. Klub oyunçuya meydanda tətbiq olunan tibbi müayinənin yetərsiz olduğunu və onun beynindəki problemin buna görə qaldığını etiraf edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR