"Komandada qalmamaq üçün səbəb görmürdüm" - Samir Abasov

Artıq premyer-liqanın startına sayılı günlər qalıb. Bəzi komandalar çempionata hazır olsalar da bəzilərində çatızmazlıqlar qalır. Bəs "Sumqayıt"da vəziyyət necədi?

Bunu öyrənmək üçün komandanın baş məşqçisi Samir Abasovla danışdıq. Samir bəy Sport7.az-a müsahibəsində bunları bildirdi:

- Bir neçə gün öncə klubdaxili iclasfa baş məşqçi kimi davam etməyiniz qərara alındı...

- Yəqin mənə güvənirlər ki, daha 1 il də klubda saxlayırlar. Əks halda belə olmazdı. Sağ olsunlar, etimad göstərdilər. Əlbəttə, məsuliyyətim artır. Bir komandanın baş məşqçisisənsə və o şəhərin adını daşıyırsa bundan böyük məsuliyyət ola bilməz. İnşallah ümidləri doğrultmağa çalışaram. 

- Ümumiyyətlə, baş məşqçi kimi davam edəcəyinizi gözləyirdiz?

- Gözləyirdim, əslində komandada qalmamaq üçün bir səbəb də görmürdüm.

- Artıq çempionatın başlamasına az qalıb. Yay hazırlığı necə keçdi?

- Normal keçdi. Sumqayıtda başladıq, daha sonra Türkiyəyə getdik, yoldaşlıq görüşləri keçirdik. Tam hazır olmasaq da bu normaldı. Çempionat başlayandan sonra hər şey qaydasına düşəcək. İstədiyimiz səviyyəyə çatarıq. Uşaqlar çalışdılar, əziyyət çəkdilər, oynamaq və nəticə qazanmaq istəyirlər. Hazırlığı normal hesab edirəm.

- Yeni mövsüm üçün hədəflər nədi?

- Bunu rəhbərlikdən soruşun. Hədəfləri onlar müəyyənləşdirir. Bizim bir hədəfimiz var, o da oyunlarda qələbə qazanıb ötənilki nəticələri yaxşılaşdırmaqdı. Konkret hədəflər haqda bir söz demək mənim üçün çətindi.

- Komanda olaraq qarşıya neçənci yeri tutmaq məqsədi qoyulub?

- Yenə deyirəm, bu sualı rəhbərliyə ünvanlasaz daha yaxşı olar. İcasda bununla bağlı müzakirələr aparmamışıq.

- Yeni formalaşdırdığınız heyətlə bağlı hansı fikirdəsiz?

- Pis deyil, oyun baxımından keyfiyyətli futbolçular götürmüşük. İnanırıq ki, gücümüzə güc qatacaqlar. Keyfiyyətlərinə ümidlərimiz böyükdü. Oyunlarda öz bacarıqlarını önə çıxarıb, kömək edərlər. Məşqlərdə, oyunlarda vuruşurlar. Komandaya uyğunlaşma prosesi yoldaşlıq görüşlərində deyil, çempionat oyunlarında gedir. Onların ki, bacarıqları var, tezliklə uyğunlaşacaqlarına inanıram. 

- Bu futbolçuların ötənilki nəticələri yaxşılaşdırmağa kifayət qədər potensialı var?

- İnşallah, belə olacağına inanırıq.

- Yeni transferlər gözlənilir?

- Xeyr, olmayacaq, transfer məsələləri qapanıb. Yaxşı oyun və nəticələr gözləyək komandadan. Həmişəki kimi sevindirsinlər. Başqa nə gözləyə bilərik ki?
 
- İlk görüş "Kəpəz"ə qarşı olacaq. Komandada psixoloji durum nə yerdədi?
 
- Hər şey əladı. Çətin olacaq. Ümumiyyətlə ilk turlar həmişə çətin olur. Çünki rəqibi yaxşı tanımırsan. Gətirdiyi oyunçuları görməmisən, oyunlarına baxmırsan. Amma yavaş-yavaş hər şey öz axarına düşəcək.

Sport7.az

Xəbər lenti