"Komandaların sayının azalması təsir edə bilər" - Rəmiş Malıyev

Məlum olduğu kimi, AFFA-nın qərarına əsasən növbəti mövsümdən yenə futbol ictimaiyyəti 8 komandalı çempionata şahidlik edəcək.
 
Düzdü burda qeyri-adi heç nə yoxdu. Elə ölkələr var ki, onların da empionatı 8 komanda ilə keçir. Amma burda əsas məsələ başqadı. Belə ki, ölkə ardıcıl 2-ci dəfə 8 komandalı çempionat keçirdiyi üçün UEFA-nın verdiyi 4 lisenziyadan biri əlimizdən alına bilər. Faktiki futbolumuz bu təhlükə ilə üz-üzədi. Yəni, növbəti mövsümdən avrokuboklarda 4 deyil, 3 komanda ilə çıxış etmək təhlükəsi yaranıb.
 
Bu üzdən AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxlayıb, məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını soruşduq.
 
Rəmiş bəy Sport7.az-a bunları söylədi:
 
"Bu haqda AFFA-nın beynəlxalq şöbəsindən soruşsaz daha yaxşı olar. Təbii ki, komandaların sayının azalması təsir edə bilər. Əsas budu, hər ölkənin imkanları necədisə ona uyğun da çempionat keçirir. UEFA-nın bununla bağlı xüsusi standartı yoxdu. Başqa bir şeyə təsir edə bilməz. Məsələn San-Marino, Cəbbəllütariq kimi ölkələrin də ərazisi balacadı. Bilmirəm orda komandalar var, ya yoxdu, ümumiyyətlə (gülür). Konkret ölçü və əhali sayı ilə bağlı heç nə yoxdu".
 
Sport7.az

Xəbər lenti