"Komandamdan razı qaldım" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə" ilə görüşdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, qolsuz heç-heçə ilə bitən qarşılşama ilə bağlı Qurban bəy bunları söyləyib: "Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR