Komandamız Moskvadan üç medalla dönür

Komandamız Moskvadan üç medalla dönür

Azərbaycan milli komandası​ Moskva​ Karate1 Premyer Liqa tunrirində 3 medal qazanıb.​
Sport7.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) qızıl,​ Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub.
Meqasport Arena kompleksində​ Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi iştirak edib. Bu nəticə ilə Azərbaycan 3-cü yeri tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.​ Beynəlxalq hakimlərimiz Cahangir Babayevlə Anar Abdullayev final görüşləri ilə birgə, digər məsul qarşılaşmaları idarə edən hakimlər arasında olublar.
Mükafat qazanan, eləcə də medallardan kənar qalan idmançılarımızın çıxışlarından nəticələri təqdim edirik:​ ​
-75 kq,​ əvvəlki döyüşləri
Rafael Ağayev
1. R.Ağayev -​ Yassin Sekuri (Mərakeş)​ - Qulam Abbas Saadi (Pakistan)​ 1:0
2. R.Ağayev - Rodriqo İbanez (İspaniya)​ 1:0
3. R.Ağayev - Matus Lieskovski (Slovakiya)​ 1:0
Yarımfinal
4. R.Ağayev - Bəhmən Əsgəri (İran)​ 2:0
Final (bazar günü)
5. R.Ağayev - Yermek Aynəzərov (Qazaxıstan)​ 1:0
-68 kq, əvvəlki döyüşləri
İrina Zaretska​
1. İ.Zaretska - Natalia Spiqolon (Braziliya)​ 1:0​ (ikinci dövrə)​
2. İ.Zaretska - Ketrin Pederson (Danimarka)​ 4:0
3. İ.Zaretska - Linqlinq Tang (Çin)​ 3:0
Yarımfinal
4. İ.Zaretska - Marina Pakoviç (Monteneqro)​ 3:0
Final
5. İ.Zaretska - Qonq Li (Çin)​ 5:0
-50 kq
Nuranə Əliyeva,​ əvvəlki döyüşləri
1. N.Əliyeva - Endo Çinatsu (Yaponiya)​ 3:3​
2.​ N.Əliyeva -​ Lusia Kovaçikova (Slovakiya)​ 7:2
3.​ N.Əliyeva -​ Sara Hubriç (ALmaniya)​ 1:1
Təsəlliverici görüşlər
4.​ N.Əliyeva -​ Çeili Qonsales (Qvatemala)​ 4:0
5.​ N.Əliyeva -​ Pisard May-Li (Fransa)​ 7:0
Bürünc medal uğrunda görüş​
6.​ N Əliyeva -​ Miho Miyahara (Yaponiya)​ ​ 8:8
Yarış günlərində digər idmançılarımızın çıxışlarından nəticələrə də (05 oktyabr​ və​ 04 oktyabr)​ baxa bilərsiniz.​
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR