Komandanın məşqində dron casusluğu

Komandanın məşqində dron casusluğu
Bundesliqa komandası "Verder" "Hoffenhaym"la qarşılaşacaqları matçdan bir gün öncə rəqib komandanın məşqini dron vasitəsilə lentə alıb. 
 
Sport7.az xəbər verir ki, ounöncəsi son məşq zamanı meydançalarına enən dronu görən "Hoffenhaym" rəsmiləri polisə şikayət edib. Araşdırmalardan sonra cihazın "Verder"ə aid olduğu ortaya çıxıb. Klub rəhbəri Frank Bauman da dronun məhz onlara aid olduğunu etiraf edib. Məsuliyyəti üzərinə götürərək üzr istəyən Baumann baş məşqçi Kohfeldt və analizçilərin də işin içində olduğunu bildirib. "Yaşıl-ağlar"ın scoutunun rəqibin məşq bazasından təxminən 50 metr aralıda olduğu aşkarlanıb. Almaniyada insanların olduğu yerlərin üzərində dron uçurmaq qadağandı və 45 min funt-sterlinq cəriməsi var. 
 
"Verder"lə "Hoffenhaym" arasında baş tutan matç 1:1 hesabı ilə nəticələnib.
 
Sport7.az

Xəbər lenti