"Komandanın sabahkı oyuna ümidi var" - Anar Hacıyev

Son vaxtlar "qara zolağ"a düşən "Qəbələ" kubokda da inamlı təsir bağışlamadı. 

İlk görüşdə doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə uduzan bölgə təmsilçisi özünü xeyli çətinə salmış oldu. Sabah baş tutacaq cavab qarşılaşmasında isə komanda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bəs oyuna hazırlıq necədi?

Bu suala cavabı klubun mətbuat katibi Anar Hacıyevdən aldıq. Anar bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Səbail"lə oyundan sonra komanda Bakıya gəlib hazırlıqlara başladı. Zədəli və cəzalılarla bağlı vəziyyət necədi? Cəzalımız yoxdu. Vitali Vernidub zədəlidi. Qapıçımız, Dimitri Bezotosnının da sabah oynayıb-oynamayacağı dəqiqləşməyib. Əvəzində Dabo sağalıb. başqa problem yoxdu.

Ab-havaya gəlincə, komandanın sabahkı oyuna ümidi var. Həm baş məşqçi, həm də heyət üzvlərimiz inanır ki, turu keçən tərəf biz olacağıq. Əhval-ruhiyyə də normaldı.

Mükafat məsələsi indi danşılacaq bir şey deyil. Həm də ki, mənim buna səlahiyyətim çatmır. Komandaxili bir müzakirədi. Hazırda isə belə bir məsələ müzakirə olunmur. Fikrimiz oyundadı, sabahkı oyuna çıxıb özümüzə layiq futbol nümayiş etdirib, turu keçmək ümdə vəzifəmizdi. Yəqin ki, futbolçuların əhval-ruhiyyəsin yüksəltmək, stimul üçün nəsə olar (gülür)".

Sport7.az

Xəbər lenti