Kompani doğma klubunda -

Kompani doğma klubunda - "Quardiola ilə çalışmaq universitetdə təhsil almağa bənzəyirdi"

"Anderlext" Vensan Kompaninin komandaya qayıtdığını bəyan edib.

"Mançester Siti"nin 33 yaşlı sabiq kapitanı Belçika klubunda oyunçu-məşqçi funksiyasını yerinə yetirəcək.

Kompani mətbuat konfransında qeyd edib:

"Gözəl oyun və çempionluq uğrunda mübarizə arasında seçim etmək istəmirəm. Hər ikisini istəyirəm. Üzərimə böyük məsuliyyət götürdüyümü dərk edirəm. Dürüst olmaq niyyətindəyəm: mən bura ikinci olmaq üçün gəlməmişəm.

Quardiola ilə çalışmaq universitetdə təhsil almağa bənzəyirdi. O, hər şeyi dəqiqliyi ilə izah edirdi. Ondan çox şey öyrənmişəm. Ancaq mən Quardiola deyiləm. Sadəcə, yaxşı tələbə olduğumu düşünürəm".

Vensan Kompani 2003-2006-cı illərdə "Anderlext"də çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR